"Ford" ağaca çırpıldı - ÖLƏN VAR

18:42 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə 1 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası olub.

Hafta.az-n məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində baş verib. "Ford" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə yük avtomobili yolun kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində 1982-ci il təvəllüdlü. Ş.Quliyev hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır./unikal/